Tez-tez verilən suallar
-
Erkən giriş və ya gec çıxış mümkündürmü?Cavab:
Aşağıdakı erkən giriş və gec çıxış qaydalarımızla tanış olmağınızı xahiş edirik:
Otelə Giriş və Çıxış Qaydaları:
- Standart giriş vaxtı: 14:00
- Standart çıxış vaxtı: 12:00
Erkən giriş üçün ödənişlər:
- Saat 00:00 və 08:00 arası giriş üçün otaq qiymətinin 100%-i tətbiq olunur.
- Saat 08:00 və 14:00 arası giriş üçün otaq qiymətinin 50%-i tətbiq olunur.
Gec çıxış üçün ödənişlər:
- Saat 13:00 və 18:00 arası çıxış üçün otaq qiymətinin 50%-i tətbiq olunur.
- Saat 18:00-dan sonra çıxış üçün otaq qiymətinin 100%-i tətbiq olunur.
Bu xidmət otaqların mövcudluğundan asılı olaraq təqdim edilir.
-
Aeroport transfer xidməti təklif edirsinizmi?Cavab:
Nəzərinizə çatdırırıq ki, FLY INN Baku qonaqları üçün Hava Limanından (GYD) otelə və əks istiqamətdə ödənişsiz qarşılanma və yola salınma xidməti göstəririk. Əgər ödənişsiz nəqliyyat xidmətindən yararlanmaq istəyirsinizsə, zəhmət olmasa bizə terminal nömrənizi, reys nömrənizi və eniş vaxtınızı bildirin. Hava limanına yola salınma xidməti üçün qəbul şöbəsinə (front desk) müraciət edərək yerindəcə sifariş verə bilərsiniz.
-
Oteldə restoran və ya otaq xidməti varmı?Cavab:
Bəli, qonaqlarımızın rahatlığı üçün restoranımız və otaq xidməti (room service) həftənin 7 günü, 24 saat fəaliyyət göstərir.
-
Otelə ev heyvanları ilə icazə verilirmi?Cavab:
Təəssüf ki, otelimizə ev heyvanları ilə girişə icazə verilmir.
-
Oteldə idman zalı və ya spa mərkəzi varmı?Cavab:
Bəli, otelimizdə qonaqların rahatlığı və istirahəti üçün idman zalı və spa mərkəzi fəaliyyət göstərir.